Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə abidə ucaldılıb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.
Abidən üzərində yazılıb: “Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri”.
Azərbaycan Prezidenti burada çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.