“Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişədə həyatını itirənləri yad edir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Twitter“ səhifəsində paylaşım edib.
Səfirlik ABŞ-ın Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiq qaldığını əlavə edib.