Millət vəkili, yazıçı İmamverdi İsmayılov 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

"Unikal" həmin paylaşımı təqdim edir:

Qəhrəman qardaşlarım!..
Siz Tarix yazdınız, ruhunuz qarşısında borcumuz əbədidir!..
Məzarınıza düzülən qərənfillərin rəngindəcə – al qanınızla yaratdığınız bu Zəfər Tarixini...
O qanlı güllər bəzəyir şanlı qəbrlərinizi... Qəhrəman şəhidlərin ruhuna əbədi şahidlik edir...
Anım günü – bu, şanlı bir tarixdir!
Qürur duyuruq, öyünürük sizinlə!..
Anım günü - gəldik… 
Elliklə… 
Hamılıqla gəldik … 
Qarşınızda baş əydik, güllər düzdük… Müqəddəs ruhunuza dualar oxuduq…
Ruhunuz necə də şaddır: Ana Vətən azaddır!..
Əzəli torpaqlarımız, ulu yurdarımız indi rahat nəfəs alır, yenidən qurulur, tikilir…
Qələbə yolları uzanıb arzularımız boyunca gedir. Yüksəkliklərəcən gedir...
Qarabağ bizimdir!..
Zəfər bizimdir!..
Sənin…
Mənim… 
Və... onların!!!