Bu gün Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
"Unikal" xəbər verir ki, səhər saatlarından başlayaraq şəhid ailələri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri və rəsmi şəxslər II Şəhidlər xiyabanını ziyarət edirlər.
Böyük insan izdihamı ilə müşahidə olunan ziyarət zamanı Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların ruhuna dualar oxunur.
Vətən müharibəsində şəhid olan mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu və bu il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov təəssüratlarını bizimlə bölüşüblər.
Müxbir: Anar Kəlbiyev
Video: Ayxan Məlikov