Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Unikal"a bildirib ki, araşdırma zamanı yaşıllıqların İsmayıllı rayon sakini Rəşid İsmayılov, Tovuz rayon sakini Nabil Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 10820 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - o deyib.