Tanınmış vəkil Ceyhun Yusifov intizam məsuliyyətinə cəlb olunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə, vəkil C. Yusifova töhmət verilib.
Murad İbrahimli