28 sentyabr 2020-ci il, 2- ci Qarabağ müharibəsinin Şəhidləri, Korgöz qəsəbəsinin sakini Məmmədquliyev Ağabəy Zaur oğlunun və Lökbatan qəsəbəsinin sakini Əliyev Rövşən İbrahim oğlunun anım mərasimləri keçirilib.
"Unikal" xəbər verir ki, ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva Şəhidlərin qəbrini ziyarət etmişlər. Şəhidlərin qəbri üzərinə tər güllərdən əklil qoymuş, ruhuna dualar oxunmuş, sonra valideynləri ilə görüşərək başsağlığı veriblər.