Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.
"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in nümayəndəsi bildirib.
“Prezident Emmanuel Makronun Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi səfir Bris Rokföy bu həftə Bakıya, oradan isə İrəvana gedəcək”, - XİN rəsmisi qeyd edib.