"Baş Prokurorluğun və tabe rayon (şəhər) prokurorluqlarının istifadəsində olan xidməti evlər və mənzillər siyahıya alınaraq, yerlərdə baxış keçirilməsi təmin edilib, texniki vəziyyəti müəyyənləşdirilərək vahid bazaya yerləşdirilib".
"Unikal" xəbər verir ki, bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib.
"Həmin xidməti evlər hazırda prokurorluq əməkdaşlarının istifadəsindədir. Bundan əlavə, Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisinə başlanılıb, Qusar Rayon və Zaqatala Hərbi prokurorluqları Baş Prokurorluğun balansına qəbul edilib. Həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında təmir-bərpa işləri aparılıb", - o qeyd edib.