Sentyabrın 26-da Baş Prokurorluğun əməkdaşları Azərbaycan prokurorluğunun yaranmasının 104 illiyi ərəfəsində ənənəvi olaraq Bakı şəhəri ərazisində yerləşən müxtəlif uşaq evlərini ziyarət ediblər.
Bu barədə "Unikal"a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Ziyarət çərçivəsində prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri ilə maraqlanıb, onlara hədiyyələr təqdim ediblər.
"Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur", - Mətbuat Xidmətindən bildirilib.