"Hadisələrin perspektivlərini görmək mümkündür. Rusiya müharibədə məğlub olur, ölkənin daxilində hakimiyyətin etimad dairəsi sürətlə aşağı düşür".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə çağırmasına münasibət bildirərkən deyib.
O bildirib ki, səfərbərliyə çağırılanlar buna müsbət reaksiya vermir, ölkədən qaçmağa çalışırlar:
"Artıq 1 milyondan çox çağırış yaşında olan şəxs ölkəni tərk edib. Bu, Rusiyanın tarixində misli görünməmiş hadisədir. Belə ki, orduya çağırılan insanlar getmək istəmir. Siyasi elitanın özündə də çürümə prosesi nəzərə çarpır. Rusiya bir neçə aydan sonra böyük təlatümlər dövrünə daxil ola bilər. Ona görə bəzi ölkələr öz vətəndaşlarını Rusiyaya səfər etməkdən çəkindirir. Rusiyanın vətəndaşları belə öz ölkəsində qalmır. Bu ölkədə vəziyyət getdikcə daha da pis olur".
Anar Kəlbiyev