Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın qəhrəman Ordusunun Qarabağ zəfərindən sonra bir fürsət yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması üçün addımlar atdıqlarını vurğulayıb.
O qeyd edib ki, Ermənistan tərəfindən normallaşmaya doğru addımlar atması asan olmasa da, xüsusi nümayəndələr bu istiqamətdə işləyirlər.