Rusiya ilə Ukrayna arasındakı münaqişə Sovet İttifaqının dağıdılmasının nəticəsidir, Qərb dövlətləri isə MDB məkanında yeni toqquşmaları alovlandırmağa çalışırlar.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə videobağlantı vasitəsilə görüş zamanı deyib.
“Qərbdə MDB məkanında yeni münaqişələrin qızışdırılması üçün ssenarilər hazırlanır”, - deyən Putin, “bizdə artıq onların kifayət qədər olduğunu” vurğulayıb.
Ukrayna ilə münaqişə və bəzi digər MDB ölkələrinin sərhədlərindəki vəziyyətdən danışan Rusiya prezidenti baş verənləri Sovet İttifaqının dağılmasının nəticəsi adlandırıb.
“Lakin sabitliyin pozulması riskləri, o cümlədən bütün Asiya-Sakit Okean regionunda sabitliyin pozulması riskləri hələ də artır” -deyə o, yekunlaşdırıb.
Ramil Zeynallı