İranın Bağdaddakı səfiri İraq XİN-ə çağrılıb.
"Unikal" xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi dünən İranın Şimali İraqın kürd bölgəsinə raket zərbələri ilə bağlı İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiqi nazirliyə çağıraraq ona etiraz notası təqdim olunub.
Bununla əlaqədar olaraq Şimali İraq Kürd Regional Administrasiyasının terrorla mübarizə bölməsi İranın Şimali İraqa raket hücumları nəticəsində 13 nəfərin öldüyünü, əksəriyyəti mülki vətəndaş olan 58 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, İranın İraq ərazisinə raket zərbələri davam edir.
Fransanın Tehrandakı müvəqqəti işlər vəkili də İran XİN-ə çağrılıb.
Mməlumata görə, İran XİN Fransanın Xarici İşlər Nazirliyinin "müdaxilə dolu" bəyanatına və Fransa hökumətinin üç nazirinin Parisdə anti-İran etirazlarında iştirakına, eləcə də “Charlie Hebdo” jurnalının xoşagəlməz yayımına cavab olaraq bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.
Nazirliyin internet saytının məlumatına görə, görüşdə İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa İkinci İdarəsinin rəisi Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinə bildirib: “İran heç bir şəraitdə kənar qüvvələrin ölkənin daxili işlərinə mdaxiləsinə dözmür və onların hərəkətlərini yaxından izləyərək, vaxtında və lazımi addımı atacaq".
Gültəkin Ələsgər