Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Azərbaycanla sərhəddə təxribata əl atan Ermənistan Silahlı Qüvvələrinin 3 hərbçisi öldürülüb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin yaydığı məlumata görə, öldürülən üç hərbçidən biri polkovnik-leytenant Nahapet Nveri Marqaryandır.
Bundan əlavə, Ermənistan ordusunun serjantı Hovhannes Paylaki Sukiasyan və sıravi əsgər Edvard Hayki Hovhannisyan da Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri nəticəsində öldürülüblər.
Ağarza Elçinoğlu