Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı “Şimal axını”nda baş verənləri dəyərləndirib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

“Rusiya prezidenti “Şimal axını 1” və “Şimal axını 2” magistral qaz kəmərlərinə qarşı misli görünməmiş təxribata, faktiki olaraq beynəlxalq terror aktına fundamental qiymət verib”, - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, bu məsələ BMT Təhlükəsizlik Şurasında təcili müzakirəyə çıxarılacaq  .

Qeyd edək ki, aentyabrın 26-na keçən gecə “Şimal axını 2” xəttinin bir hissəsində sızma baş verib. Daha sonra Nord Stream 1-in keçdiyi Bornholm adasının şimal-şərqində Danimarkanın eksklüziv iqtisadi zonasında fövqəladə vəziyyətin tətbiqi ilə bağlı məlumatlar ortaya çıxıb.

Rusiya Federasiyasının müstəntiqləri boru kəmərlərinin zədələnməsi faktı üzrə beynəlxalq terror aktı ilə bağlı iş açıb .

Almaniya təhlükəsizlik orqanlarının bildirdiyi kimi, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin boruları güclü partlayıcı qurğularla zədələnib.

Gültəkin