Müğənni Rəhim Rəhimli ilə evində vida mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, vida mərasimindən sonra onun cənazəsi Suraxanı rayonu,Bülbülə qəsəbəsinə gətirilib.

O, qəsəbə qəbiristanlığında dəfn edilib.

Mərasimində mərhumun ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***11:30

Bəstəkar-müğənni Rəhimli Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova "Unikal"a bildirib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Z.Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Allah rəhmət eləsin!

***09:00

Müğənni Rəhim Rəhimli dünyasını dəyişib. İfaçı bu gün saat 12:00-da Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq. 

Bəstəkarın meneceri Həmzə Məmmədli "Unikal"a açıqlamasında bildirib ki, sənətçinin son zamanlar ürəyi xəstə olub. 

"Gecə yatıb, durmayıb. Ürəktutmasından dünyasını dəyişib".

Gülayə  Mecid 

***04:34

Tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimli vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev özünün "Instagram" hesabında məlumat yayıb.

Müğənni gecə saatlarında dünyasını dəyişib. Xalq artisti Faiq Ağayev və bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər. 

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. O, bəstəkar, müğənni və aktyor kimi 2006-cı ildən səhnədə idi.