“Dünyada ərzaq məhsullarının qiyməti artır”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, bu qiymət artımları ölkəmizə də təsirsiz ötüşmür: “Ərzaq məhsullarına da 18 faiz ƏDV tətbiq olunur. Təklif edirəm ki, bu faizlər aşağı salınsın. İndiki halda 18% ƏDV çoxdur və bunu differensiallaşdırmaq olar. Digər məsələ rüsumlarla bağlıdır. Azərbaycana xaricdən də ərzaq məhsulları gəlir. Azərbaycana xaricdən gələn qida məhsullarına tətbiq edilən rüsumu da ya aşağı salmaq, ya da ümumilikdə ləğv etməyi təklif edirəm”.
Anar Kəlbiyev