“İşğaldan azad olunmuş ərazilərdə müasir tələblərə cavab verən məktəblərin təməli qoyulub. Eyni zamanda Qarabağ Universiteti də tikiləcək”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Elm və təhsil komitəsinin sədri, deputat Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, “Gömrük Tarifi haqqında” qanuna təklif edilən dəyişiklik çox az müddətdir:
“Azad olunmuş ərazilərdə məktəblər tikiləndən sonra bu qanuna yenidən baxılmalıdır. Çünki azad olunmuş ərazilərdə tikilən məktəblərin müasir avadanlıqlarla təmin edilməsi çox mühüm məsələdir”.
Anar Kəlbiyev