Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilməsi ilə bağlı məsələdən danışıb.
“Unikal”ın məlumatına görə, deputat xatırladıb ki, Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.
“Bu mənimsənən vəsait şəhidin qan puludur. Bu birinci hal deyil. Bundan əvvəl də Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı tutulanlar var”.
Anar Kəlbiyev