“Şərəfli bir işlə məşğulsunuz. Sağ olun ki, bu işin icrasını vaxtında yerinə yetirirsiniz. Bu gün bura gəlməyimdə əsas məqsəd qazlaşdırılma işləri ilə yerindəcə tanış olmaq, həmçinin sizlərlə görüşərək problem və təkliflərinizi dinləməkdən ibarətdir".
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Masallı rayonunun Məmmədrzakücə kəndində Birlik əməkdaşları ilə görüşü zamanı bildirib. Baş direktora görülən işlər barədə məlumat verilib. Birlik rəhbəri işlərin daha tez yekunlaşdırılmasına dair müvafiq tapşırıq verib. Daha sonra Ruslan Əliyev bir qrup Birlik əməkdaşını SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.
Ruslan Əliyev Masallı rayonunun Ninəlov kəndində də mövcud vəziyyətlə tanış olub. Sözü gedən ərazidə yaxın günlərdə işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib. Baş direktor səfər çərçivəsində həm Birlik əməkdaşları ilə, həm də kənd sakinləri ilə görüşüb. Bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə baş direktor tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.