“Hərbçilərin pensiyası ilə bağlı ayrı qanun layihəsi qəbul edilməlidir”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, hərbçilərin pensiya məsələsi əvvəl ayrı qanun şəklində var idi, lakin sonradan birləşdirilib:
“Hesab edirəm ki, bu məsələyə bir də baxılmalıdır. Nə zaman ki, müharibə tam bitəcək və sərhədlərin təhlükəsizliyi təmin olunacaq, onda yenə birləşdirilər”.
Anar Kəlbiyev