"Ermənistanın nəqliyyat təcridinin aradan qaldırılması bütün Cənubi Qafqazın, o cümlədən Rusiyanın inkişafına ciddi təkan verəcək. Ermənistan yaxşı başa düşür ki, gələcək iqtisadi artıma nəqliyyat blokadası mane olur. Bu gün biz onun götürülməsinə bir addım qalmışıq”.
"Unikal" xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Rusiya investisiyalarının Ermənistana axını 5 milyard dollara çata bilər. Bunlar ilk növbədə enerji, nəqliyyat və logistika, eləcə də mədənçıxarma və emal sənayesi sahəsində layihələrdir”.
Baş nazirin müavini qeyd edir ki, nəqliyyat əlaqələrinin açılması hər iki tərəfə üstünlüklər verir:
“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək”.
Gültəkin Ələsgər