Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 900 ABŞ dollarından aşağı enib.
"Unikal" xəbər verir ki, 30 sentyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 887,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 043,6 dollar) ilə müqayisədə 7,7% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.