"Bu gün qol vurub qızıma həsr etdim".
"Unikal" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da ona çoxlu qol həsr edəcəyəm", - Borges bildirib.