İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusu özünün "Twiter" səhifəsində məlumat yayıb.
"Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atəşlə hücum edilib", - məlumatda deyilib.
Avtomobilin sürücüsü xəsarət alıb və ona tibbi yardım göstərilib.
Hadisə yerinə gələn hərbçilər şübhəliləri axtarır.