Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Ukraynanın işğal edilmiş regionlarının Rusiya Federasiyasına birləşdirilməsini qanunsuz adlandırıb və Parisin Ukraynaya suverenliyini bərpa etməyə kömək edəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü BFM telekanalı Yelisey Sarayına istinadən məlumat yayıb.
“Respublika Prezidenti Rusiyanın Ukraynanın dörd bölgəsinin qanunsuz ilhaqını qətiyyətlə pislədiyini bir daha təsdiqlədi”, – Makron administrasiyası qeyd edib. Yelisey Sarayı qeyd edib ki, “Fransa Ukraynaya tam suverenlik və ərazi bütövlüyünü bərpa etməkdə kömək etmək öhdəliyinə sadiqdir”.