NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
“Unikal” xəbər verir ki, bu barədə Xavyer Kolomina tviterdə yazıb.
O qeyd edib ki, görüşdə regiondakı vəziyyət və oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra danışıqların statusu müzakirə edilib.
NATO rəsmisi əlavə edib ki, təmsil etdiyi qurum Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.