Noyabrın ilk ongünlüyündə Brüsseldə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı barədə məlumat var.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti Ermənistan XİN-dəki mənbəsinə istinadən məlumat dərc edib.
Qeyd olunan məlumata görə, dünən Brüsselə gedən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO rəsmiləri ilə əvvəlcədən planlaşdırılan görüşlərdən başqa, XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında keçiriləcək görüşün təfərrüatlarını da Aİ nümayəndələrinə təqdim edəcək.
Bundan əlavə, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun oktyabrın 2-də Cenevrədə keçirilən görüşdə müzakirə olunan məsələlərin əsasını təşkil etdiyi bildirilib.
Qriqoryan hazırda davam edən demarkasiya və delimitasiya komissiyasının iş prosesini də avropalılara təqdim edəcək.
Mənbə onu da əlavə edib ki, ötən gün İrəvanda olan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni tərəfini oktyabrın sonuna qədər "sülh sazişi"nin yekun variantını hazırlamağa çağırıb.
"Rəsmi Moskva artıq bu məsələyə müsbət rəy verib. Aydındır ki, indiki vəziyyətdə Moskva üçün regionda gərginliyin dərinləşməsindən daha çox sərhədlərin delimitasiyası prosesi və kommunikasiyalar üzrə konkret danışıqlar vacibdir", - məlumatda deyilir.
Ağarza Elçinoğlu