Brüssel bu ayın sonuna qədər “sərhəd komissiyası”nın iclasını keçirmək istiqamətində çalışır.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
"Biz diplomatik səylərimizi əsirgəmirik. Əlimizdə olan resursları səfərbər edirik", - Borrel deyib.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistana dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını əvvəlcədən planlaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. Görüşün Brüsseldə baş tutması planlaşdırılır.