Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili səhhətində baş verən ağırlaşma ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, Mixail Saakaşvilinin oğlu Nikoloz Saakaşvili "Vivamed" klinikasiında atasını ziyarət etdikdən sonra eks prezidentin səhhəti ilə bağlı açıqlama verib.
Nikoloz Saakaşvilinin sözlərinə görə, üçüncü prezident üçün hətta qısa məsafəni də təkbaşına qət etmək çətindir və o, yalnız xüsusi alətlə hərəkət edə bilir.
“Mən atamı görəndə həmişə az məsafəni piyada gedə bilirdi. İndi onun uzanması və qalxa bilməməsi mənə çox təsir etdi. 2 metrlik çox qısa bir məsafəni gəzmək üçün yerimə cihazı lazımdır. İndi baş verənlər həqiqətən çox narahatedicidir. Onun yanına bir mütəxəssis buraxsalar, hər hansı irəliləyiş olsa və onun oturmuş görsəm, şad olaram", - deyə Nikoloz Saakaşvili bildirib.
Gültəkin