Bakıda sürət qatarı adamı vuraraq öldürüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb.
Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi Sərnişin Daşıma Departamentinə məxsus "Stadler- EŞ- 019" saylı Biləcəri- Keşlə- Bakı istiqamətində sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.