Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova dəfn olunub.

"Unikal" xəbər verir ki, mərhum bəstəkar Yasamal qəbiristanlığındakı ailə məzarlığında torpağa tapşırılıb.

***14:32

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində təşkil olunub.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edir.

Fotolar: Ayxan Məlikov