Avropa Şurası Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya pasportlarının tanınmamasına razılıq verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının yaydığı bəyanatda qeyd olunub.
"Bu gün, oktyabrın 12-də Aİ səfirləri Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilərdə verilən Rusiya pasportlarının qəbul edilməməsinə dair danışıqlar mandatı barədə razılığa gəliblər. Bu qərar Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzünə və Rusiyanın işğal olunmuş rayonların sakinlərinə Rusiya xarici pasportlarının verilməsi praktikasına cavabdır", - məlumatda bildirilir.
Ağarza Elçinoğlu