ABŞ ordusu və kəşfiyyatı müəyyən edib ki, İranın dəstəklədiyi qruplaşmalar nüvə obyektlərinə endirilən zərbələrə cavab olaraq İraq və Suriyadakı ABŞ bazalarına hücum etməyə hazırlaşır. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ rəsmisi "The New York Times"a bildirib.

Onun sözlərinə görə, hələlik bu qruplaşmalarən fəaliyyəti məhdudlaşdırılır və İraq hakimiyyəti onları Amerika hərbi bazalarına qarşı hərəkətlərdən çəkindirmək üçün hər cür səy göstərir.

Bu fonda ABŞ Dövlət Departamenti bütün dünya üzrə vətəndaşlarına xəbərdarlıq edib və onlara xaricdə ABŞ vətəndaşlarına və maraqlarına qarşı etiraz aksiyaları ehtimalı ilə əlaqədar daha çox ehtiyatlı davranmağı tövsiyə edib.

Ağarza Elçinoğlu