"İsrail Müdafiə Qüvvələri İranın Kirmanşah şəhərinə zərbələr endirib".
"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri hazırda İranın Kirmanşah şəhərindəki hərbi infrastrukturu hədəfə alır", - məlumatda qeyd olunub.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Tehran və İranın qərbində yerləşən hərbi hədəflərə 30 hərbi sursat atdığını bildirmişdi.
Hərbçilər Tehranda raket buraxılış qurğusunun vurulduğunu təsdiqləyib. İsrail qoşunları İranın hərbi potensialını sarsıtmaq üçün səylərini davam etdirəcək.