Gəncədə 65 yaşlı qadın intihar edib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini 1960-cı il təvəllüdlü F.Nəcəfova yaşadığı evdə dərman içərək intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun hansı səbəbdən dərman içərək intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov