Ermənistan Rusiya bazarının əvəzedicisini tapıb.

"Unikal" xəbər verir ki, Ermənistan və ABŞ nümayəndələri Ermənistanın kənd təsərrüfatı ixracının ABŞ bazarına genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Görüş iyulun 16-da Vaşinqtonda Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan və ABŞ Xarici Kənd Təsərrüfatı Xidmətinin administratoru Daniel Uitli arasında baş tutub.