Saxta sağlamlıq arayışı verdiyi üçün ötən ay lisenziyası ləğv edilən "General Hospital" hələ də fəaliyyət göstərir.
"Unikal" Real TV-yə istinadən xəbər verir ki, söhbət Qaraçuxur qəsəbəsi Rafiq Alcanov küçəsində yerləşən tibb mərkəzindən gedir.
Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyəti ləğv edilən tibb müəssisəsi hələ də arayış verməyə davam edir.
Baş həkim Rüstəm Mikayılov sözügedən qərarla razılaşmadıqları üçün aidiyyəti üzrə müraciət etdiklərini və fəaliyyətlərini davam etdirdiklərini bildirib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, "General Hospital"a verilən lisenziya ləğv edilib. Tibb müəssisəsinin lisenziyasız fəaliyyətini davam etdirməsi ilə bağlı tədbirlərin görülməsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Xidmətinə həvalə olunub. Məsələ ilə bağlı araşdırmaya başlanılıb.









.jpeg)



.jpg)






























.jpg)



