Oktyabrın 12-də "Xaçmaz" QPS-dən qidalanan Qaradağlı kəndinin ərazisində keçən PE 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib.
"Azəriqaz" İstehsalat Birliyindən "Unikal"a verilən məlumata görə, bu səbəbdən Xaçmaz rayonunun 21 kəndinin (4500 abonent) qaz təchizatında fasilə yaranıb. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.