Xətai rayonu, metropolitenin "Əhmədli" stansiyasının yaxınlığında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 2 nəfər tibb müəssisəsinə yerləşdirilib.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Digər bir nəfərə də ilkin tibbi yardım göstərilib, hazırda müayinə və müalicəsinə davam edilir.