"Oktyabrın 12-də Ramşteyn formatı çərçivəsində NATO ölkələrinin və Ukraynanın müttəfiqlərinin nümayəndələri ilə keçirilən görüşdə Kiyevi müasir Qərb hava hücumundan müdafiə sistemi ilə təmin etmək barədə razılıq əldə olunub".
"Unikal" xəbər veir ki, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak öz Twitter səhifəsində yazıb.
“Ukrayna səmasının bağlanması ilə bağlı qərarlar qəbul edilir. Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi bizə lazımdır”, - deyə dövlət başçısının ofisinin rəhbəri bildirib.
O əlavə edib ki, Ukrayna müttəfiqləri ilə daim dialoq aparır.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Ukraynaya silah tədarükündə hava hücumundan müdafiə sistemlərinə diqqət yetirəcək. Onun sözlərinə görə, Kiyevin “görünməmiş eskalasiya” şəraitində mülki obyektləri qorumaq üçün daha çox hava hücumundan müdafiəsinə ehtiyacı var.
Gültəkin Ələsgər