Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada keçirilən görüşdə Rusiya-Ukrayna mövzusuna toxunmayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya-Ukrayna nizamlanması mövzusu müzakirə olunmayıb", - Kreml sözçüsü bildirib.
Eyni zamanda, Rusiya liderinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Kreml görüşdə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üçün təşəbbüslər təqdim edəcəyini gözləyir.
Ağarza Elçinoğlu