İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər etmək əvəzinə ABŞ-la danışıqlara getməlidir.
"Unikal" xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.
“Əraqçi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşmək əvəzinə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedir”, – siyasətçi bildirib.
İran xarici işlər nazirinin iyunun 23-də Rusiyaya gözlənilən səfərindən narazı olmasına baxmayaraq, Rubio Moskva və Tehran arasında planlaşdırılan danışıqlar faktının özünü məqbul hesab edib.