"İranın nüvə infrastrukturuna zərbələr dəqiq və dağıdıcı oldu".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp ötən gün İrana qarşı həyata keçirilən aviazərbələri “Truth Social” sosial şəbəkəsində belə şərh edib:
"İrandakı nüvə obyektlərinə əsaslı ziyan dəydiyi deyilir. Zərbələr dəqiq və güclü idi. Hərbçilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər. Təşəkkürlər!".
ABŞ lideri əlavə edib ki, peyk görüntüləri İranda bütün nüvə obyektlərinə genişmiqyaslı zərər vurulduğunu göstərib.
"Burada “məhv edilib” ifadəsini işlətsək, daha dəqiq olar", - Tramp şərh edib.
Gülayə Mecid