Kürdəmirdə döyülən müğənninin kimliyi məlum olub.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, həmin müğənni Nurlan Əliyevdir.

Onun rayon ərazisində müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.

*** 10:52

Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.