"Azərbaycan iqtisadiyyatından qeyri-qanuni pul köçürülmələri çoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, hər il bu rəqəm artır: “Bəziləri müəyyən yollar taparaq Azərbaycandan xaricə külli miqdarda pullar çıxarırlar. İnsanlar 30 ildə vəsait qazanıblar, həmin pulların da əksər hissəsi xaricə çıxarılır, orada mülk və obyektlər alırlar. Lakin bunun Azərbayacana heç bir xeyri yoxdur".
Anar Kəlbiyev