Parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov Azərbaycanda maliyyə amnistiyasının verilməsini təklif edib.
"Unikal"ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bu təklifə cavab olaraq bildirib ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir:
"Lakin bir çox ölkələr var ki, gəlir deklarasiyası versə də, orada korrupsiya çox yüksəkdir. İqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir. Gəlir deklarasiyası ilə bağlı maddə var və o hazırlanma mərhələsindədir. Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, daha digər üsullar bu cinayətlərdə daha çox effekt verir. Maliyyə amnistisiyası o ölkələrdə tətbiq edilir ki, orada iqtisadiyyat tam kriminallaşıb”.
Anar Kəlbiyev