"Şəhid ailələri üçün qanunda 20-yə yaxın imtiyaz nəzərdə tutulub və onlar həyata keçirilir. Demək olar ki, bütün şəhidlərin adları əbədiləşdirilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və əhalinin sosial komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, 2024-cü ilin sonuna qədər şəhid və qazi ailələrinin hamısı evlə təmin olunacaq.
"Bütün təhsil təminatları da dövlət vəsaiti hesabına həyata keçirilir. Şəhid ailələri və qazilərin problemlərindən danışanda dövlətin gördüyü işlərə də toxunaq. Vətən müharibəsi ölkəmizin qələbəsi ilə bitib. Bütün dünya təcrübəsində belədir ki, müharibədən sonrakı 5-10 il dövründə həmin ölkədə postmüharibə sindromu yaşanılır. Ona görə xahiş edirəm ki, bu məsələlərlə bağlı çıxışlara həssas yanaşaq. Dinləmələrin keçirilməsi təklif edildi, bildirirəm ki, təkliflərinizi yazılı şəkildə təqdim edəsiniz”.
Anar Kəlbiyev