"Payız ağac əkini mövsümündə yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan Proqram çərçivəsində artıq işlər görülüb".
"Unikal" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, ərazilərin xəritələri hazırlanıb, mövcud meşə quruluşuna uyğun olaraq meşəbərpa tədbirləri hazırlanıb: "Yanğına məruz qalmış ərazilər yanmış ağaclardan, tör-töküntüdən təmizlənərək meşəbərpa tədbirlərinin həyata keçirilməsinə başlanılıb".
V.Fərzəliyev bildirib ki, bu ilin yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib.